Modern.az Crossmedia.az-ı təbrik edib
Obyektiv və qərəzsiz olmağa çalışdıq. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirdik. İstər saytımızdakı "Prezident gündəliyi" bölməsi, istərsə də “Təhlil” və “Araşdırma” bölmələrində bu prinsipə sadiq qaldıq. Bununla yanaşı, təhlili və araşdırma materiallarının dərcinə xüsusi yer verdik. Cross Media Təhlil Mərkəzinin analitikləri – Vüqar Zifəroğlu, Nicat Məmmədli, Pərviz Kazimi, Rauf Məmmədov kimi peşəkarların siyasi, geosiyasi, iqtisadi, sosiloji təhlil və araşdırmaları cəmiyyəti sözün yaxşı mənasında heyrətləndirdi, düşündürdü.
Kollektivlə müzakirələrimizdə orijinallığı qorumağa qərar verdik. Müxtəlif rubrikalarla - mediaya həsr olunan "Mətbuat-150", qələbəmizi təqdim edən "Zəfər-5", o cümlədən "Yüksəliş" müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən ""Yüksəliş" hekayəsi", həmçinin "Dünya iqtisadiyyatı və Azərbaycan", "Doktor danışır" layihələrilə müntəzəm şəkildə oxucularımın görüşünə gəldik. Humanitar sahəyə - elm, təhsil, mədəniyyət, diaspora xüsusi yanaşma göstərdik.
Crossmedia.az kollektivi Milli Məclisin deputatları, partiya sədrləri, ictimai xadimlər və müxtəlif sahə üzrə ekspertlərlə mütəmadi əməkdaşlıq edərək, informasiya ilə yanaşı, müsahibə, açıqlama, rəylər təqdim etdi, bu işdə də operativliyini və peşəkarlığını qorumağa çalışdı.
Bu çalışmalar içərisində gənc jurnalist nəslinin yetişməsinə töhfə verməyi, öyrətməyi də gözardı etmədik. Qələm tutmağı burada öyrənən gənclər artıq peşəkar media təmsilçisi kimi imzalarını tanıtmaqdadır", - M.Göyüşlü deyib.
17:50 01.11.2025
Oxunuş sayı: 1707