İkiSahil media qrupu Crossmedia.az-ı təbrik edib
Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.
Bir il əvvəl fəaliyyətə başlayan Crossmedia.az qısa müddətdə Azərbaycan media məkanında özünəməxsus üslubu və peşəkar yanaşması ilə fərqlənib. Saytın əsas məqsədi oxuculara operativ, obyektiv və etibarlı məlumat təqdim etmək, eyni zamanda informasiya mühitinə yeni baxış gətirməkdir.
Crossmedia.az siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət, texnologiya və elm kimi müxtəlif sahələri əhatə edən rubrikaları ilə diqqət çəkir. Sayt çoxmedialı təqdimat prinsipi əsasında fəaliyyət göstərir – xəbərlər mətnlə yanaşı, foto, video və audio formatında da təqdim olunur.
Peşəkar komanda qısa zamanda oxucu etimadını qazanaraq, müasir və dinamik Azərbaycan mediasının parlaq nümunələrindən birinə çevrilib.
“İki sahil”in kollektivi adından həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
17:36 01.11.2025
Oxunuş sayı: 1780