Deputatdan təbrik: Crossmedia.az-ın əsas üstünlüyü onun obyektivliyi və analitik yanaşma qabiliyyətidir
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 yaşı tamam olur. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-ın 1 yaşı münasibətilə öz fikirlərini bölüşüb:
"Crossmedia.az mənim daim əməkdaşlıq etdiyim, eləcə də təşkilində iştirak etdiyim xəbər portallarından biridir. Baxmayaraq ki, bu media qurumu nisbətən yenidir, qısa müddət ərzində Azərbaycan mediasında öz sözünü deməyi bacarmışdır.
Təbii ki, bu uğurun arxasında yüksək peşəkarlığa malik bir kollektiv dayanır. Crossmedia.az-ın əsas üstünlüyü onun obyektivliyi və analitik yanaşma qabiliyyətidir. Portal dərc etdiyi məlumatlarda obyektivliyi qoruyur, təhlillərində isə ictimai müzakirələrin inkişafına töhfə verir.
Bu münasibətlə Crossmedia.az-ın baş redaktoru Mübariz Göyüşlü başda olmaqla bütün kollektiv üzvlərini səmimi qəlbdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində yeni uğurlar, media sahəsində isə daha möhkəm mövqe qazanmağı və böyük nailiyyətlərə imza atmağı arzulayıram".
Elmir Heydərli
17:26 01.11.2025
Oxunuş sayı: 2616