Crossmedia.az Azərbaycanın media məkanında artıq özünəməxsus yer qazanıb - Deputat
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 yaşı tamam olur. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-ın 1 yaşı münasibətilə öz fikirlərini bölüşüb:
"Crossmedia qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın media məkanında artıq özünəməxsus yer qazanıb. Bu gün saytın fəaliyyətə başlamasından bir il ötür.
Bu münasibətlə başda baş redaktor Mübariz müəllim olmaqla bütün kollektivi səmimi qəlbdən təbrik edir, sizə yeni uğurlar arzulayıram. Müasir informasiya dövründə operativ və etibarlı məlumatların çatdırılması cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir və bu sahədə sizin fəaliyyətiniz təqdirəlayiqdir.
Peşəkar yanaşmanız, ünsiyyət qurmaq bacarığınız və gənc yaşınıza baxmayaraq göstərdiyiniz məsuliyyət sizi fərqləndirir. Bu uğurlu komandanın formalaşmasında əməyi olan hər kəsi minnətdarlıqla qeyd edirəm.
Bir daha başda baş redaktor Mübariz Göyüşlü olmaqla saytın bir yaşı münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".
Elmir Heydərli
17:14 01.11.2025
Oxunuş sayı: 2405