İran-İraq sərhədində güclü zəlzələ olub
Bu gün İranda yerli vaxtla saat 14:55-də İran-İraq sərhədində, İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İranın Qəsr-e Şirin rayonunun 22 kilometrliyi və İraqın Xanaqin rayonunun 10 kilometrliyində yerləşib və 10 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
16:51 01.11.2025
Oxunuş sayı: 1735