Crossmedia.az yarandığı gündən Azərbaycan həqiqətlərini yaymaqla məşğuldur - Deputat
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Milli Məclisin deputatı, professor Anar İsgəndərov bu münasibətlə kollektivi təbrik edib:
“44 günlük Vətən müharibəsi dövründə Azərbaycan əsgəri vətəni necə qoruyurdusa, vətənin azad olunması üçün necə mübarizə aparırdısa, Azərbaycan mediası da 44 günlük müharibədə bu işi uğurla başa çatdırdı.
Crossmedia.az saytının bu gün 1 yaşı tamam olur. Bu sayt yarandığı gündən Azərbaycan həqiqətlərini yaymaqla məşğuldur. Həm ölkə daxilində olan müxalifətin Azərbaycan xalqına olan qeyri-səmimi münasibətinin açıqlanmasında, həm də ölkə xaricində Azərbaycana olan düşmən qövvələrinin ifşa olunmasında Crossmedia.az saytının böyük xidmətləri vardır. Mən də Crossmedia.az saytını 1 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm. Ona daha böyük uğurlar arzulayıram”.
Günel Verdiyeva
14:24 01.11.2025
Oxunuş sayı: 2049