Crossmedia.az operativ xəbərlər çatdırıb, geniş müsahibələr təqdim edir - Deputat
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Milli Məclisin deputatı Fariz İsmayılzadə bu münasibətlə kollektivi təbrik edib:
“Sizin portalla mən yaxın zamanlarda tanış olmuşam. Parlamentə üzv seçiləndən sonra əməkdaşlığımız başlayıb. Çox minnətdaram bu əməkdaşlıq üçün. Crossmedia.az oparativ xəbərlər çatdırıb, geniş müsahibələr təqdim edir. Bir daha təbrik edir, uğurlar arzulayıram”.
Ayhan
13:43 01.11.2025
Oxunuş sayı: 1992