Yanacaq qıtlığı müharibənin gedişatına ciddi təsir göstərməyəcək - Politoloq
Rusiya–Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub — döyüşlər artıq təkcə cəbhə xəttində deyil, strateji infrastruktur obyektlərinə də yönəlir. 2025-ci ilin əvvəlindən etibarən Ukrayna Rusiyanın enerji təminat sisteminə ciddi zərbələr endirməyə başlayıb.
Xüsusilə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən Rusiya ərazisində yerləşən neft hasilatı və emalı obyektlərinə bir sıra uğurlu hücumlar həyata keçirilib. Bu əməliyyatlar Moskvanın iqtisadi imkanlarına və enerji təhlükəsizliyinə təsir göstərməyi hədəfləyir.
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiyada hazırda bəzi neft məhsulları, xüsusilə benzin və dizel yanacağı ilə bağlı müəyyən qıtlıq yaşanır:
“Bu, Ukraynanın enerji infrastrukturuna qarşı həyata keçirdiyi zərbələrin nəticəsi kimi qiymətləndirilə bilər. Amma görünən odur ki, bu vəziyyət müharibənin gedişatına ciddi təsir göstərməyəcək. Çünki Rusiyanın müəyyən dərəcədə bərpaetmə təcrübəsi var. Düzdür, bu proses vaxt aparır, amma yenə də deyə bilərəm ki, kifayət qədər stabillik mövcuddur və bu, müharibənin nəticəsinə əsaslı təsir göstərməyəcək”.
Türkanə Məşədiyeva
13:21 01.11.2025
Oxunuş sayı: 1662