İnanıram ki, Crossmedia.az daha böyük uğurlara imza atacaq - Deputat
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyamıza təbriklər daxil olmağa davam edir.
Milli Məclisin deputatı Aydın Hüseynov bu münasibətlə kollektivi təbrik edib:
“Crossmedia.az Analitik İnformasiya Portalının 1 yaşı tamam olur. Bu 1 il ərzində Analitik İnformasiya Portalı özünü təsdiq edib. Crossmedia.az-ın xəbərləri, analitik yazıları, proseslərə operativ yanaşma tərzi eyni zamanda prezident İlham Əliyevin siyasətinin mahiyyətinin düzgün şəkildə oxucularla bölüşdürülməsi, ölkədə aparılan iqtisadi siyasətin mahiyyəti ilə bağlı analitik təhlillərə söykənən yazıları ilə həm oxucuların həm də ictimaiyyətin diqqətini cəlb edir. Mən bu gün başda portalın rəhbərliyi olmaqla bu fəaliyyət münasibətilə redaksiyanı təbrik edir, uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da Crossmedia.az Analitik İnformasiya Portalı öz fəaliyyətini davam etdirəcək və yeni nailiyyətlərə imza atacaq. Başlıca isə bu portalın fəaliyyətində dövlət, dövlətçiliyə xidmət, onun təbliği durur. Bir daha uğurlar arzulayıram”.
Ayhan
13:15 01.11.2025
Oxunuş sayı: 2110