Estoniya Rusiyadan enerji asılılığından çıxmaq üçün yeni ödəniş tətbiq edir
Estoniya dövlət enerji şirkəti Eleringin idarə heyətinin sədri Kalle Kilk çıxışı zamanı ölkənin enerji sahəsində yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Biz artıq Rusiya tərəfindən idarə olunan enerji sistemindən çıxmışıq. Bu, Estoniyanın enerji müstəqilliyi yolunda atdığı ən mühüm addımlardan biridir. Lakin müstəqilliyin də öz qiyməti var,” – deyə Kilk vurğulayıb.
Onun sözlərinə görə, 2026-cı ildən etibarən vətəndaşlar hər istehlak olunan meqavat-saat üçün 3,73 avro məbləğində xüsusi ödəniş edəcəklər:
“Bu ödəniş təkcə iqtisadi məsələ deyil. Biz bu yolla enerji təhlükəsizliyimizi təmin edir, gələcəkdə kənar təsirlərdən asılılığımızı tam aradan qaldırırıq.”
Kalle Kilk çıxışını belə tamamlayıb:
“Enerji müstəqilliyinə gedən yol asan deyil, amma bu, Estoniyanın gələcəyi üçün atılmış strateji addımdır.”
Günel Verdiyeva
13:00 01.11.2025
Oxunuş sayı: 1439