Trinidad və Tobaqo ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
Trinidad və Tobaqo Müdafiə Qüvvələri ölkədə yaranmış gərgin beynəlxalq vəziyyət fonunda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Crossmedia.az bu barədə Trinidad Express qəzetinə istinadən xəbər verir ki, bu qərar ABŞ-nin Venesuelada mümkün hərbi əməliyyata hazırlaşması ilə bağlı yayılan xəbərlərdən sonra qəbul edilib. Trinidad və Tobaqo isə coğrafi baxımdan Venesuelaya çox yaxın yerləşdiyi üçün hərbi və təhlükəsizlik strukturları bölgədəki istənilən gərginliyə qarşı tədbirlər görməyə başlayıb.
Bütün hərbçilərə və sahil mühafizəsi zabitlərinə dərhal öz xidmət bazalarına qayıtmaq əmri verilib. Onlara potensial təhlükə, sərhəd pozuntusu və ya fövqəladə vəziyyət yaranacağı təqdirdə sürətli reaksiya göstərmək tapşırılıb.
Türkanə Məşədiyeva
12:58 01.11.2025
Oxunuş sayı: 2306