Crossmedia.az saytı müasir informasiya tələblərinə cavab verir - Komitə sədri
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasının bir ili tamam olur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu münasibətlə kollektivimizi təbrik edib:
“Crossmedia.az Analitik İnformasiya Portalını 1 yaşı tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Media məkanında bir yaşı olmasına baxmayaraq Crossmedia.az saytı müasir informasiya tələblərinə cavab verir, operativ məlumatlar paylaşır və etibarlı xəbər platformasıdır. Həmin saytda çıxış edən müəlliflərin də keyfiyyətli yazıları özünü biruzə verir. Saytda təqdim edilən məlumatlar həm aktualdır, həm də obyektiv. Struktur və dizayn baxımından da sayt rahatdır. Düşünürəm ki, burada baş redaktor Mübariz müəllimin rolu danılmazdır. Eyni zamanda onun komandası gənc olmasına baxmayaraq peşəkarlığı və müasirliyi ilə seçilir. Bu gün bu cür xəbərlərin paylaşması, eyni zamanda müxtəlif kateqoriyalı məlumatların media məkanına ötürülməsi çox mühüm məsələdir. Analitik və sosial yazılar bir daha göstərir ki, saytda təhlil edə bilən, gənc də olsa peşəkar komanda yetişir. Saytda düzgün mənbələrə istinad edilir, balanslı yanaşma var. Bu da oxucu etimadını artırır. Bunlar çox mühüm məsələdir. Crossmedia.az-da peşəkar jurnalistika, peşəkar yanaşma baxımından bu gün media məkanında nümunə kimi göstərilə bilər. Bir daha təbrik edirəm. Media məkanında daim dərin təhlilli yazıların verilməsini arzu edir, uğurlar arzulayıram!”
Ayhan
12:08 01.11.2025
Oxunuş sayı: 2900