Crossmedia.az böyük media qurumları içərisində özünəməxsus yer tutur - Deputat
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. 1 yaşımız münasibətilə redaksiyamıza təbriklər daxil olmağa davam edir.
Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də bu münasibətlə kollektivimizi təbrik edib:
“Crossmedia.az 1 ildir yaransa da böyük media qurumları içərisində özünəməxsus yer tapa bildi. Bu da kollektivin enerjili fəaliyyəti nəticəsində olub. Sizə uğurlar arzulayıram, ümid edirəm 10,20,30 illik yubileyinizi qeyd edəsiniz”.
Ayhan
12:06 01.11.2025
Oxunuş sayı: 2169