İnformator.az saytı Crossmedia.az-ı təbrik etdi
Crossmedia.az Analitik- İnformasiya Portalı fəaliyyətinin bir yaşı tamam olur. 2025-ci noyabrın birində təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilən portal, informasiya məkanında mühüm yer qazanmağa nail olub.
"Crossmedia.az" yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir.
Analitik- informasiya portalı öz fəaliyyətində təhlili materialların dərcinə xüsusi yür verir. Crossmedia təhlil mərkəzinin üzvləri müntəzəm olaraq cəmiyyəti maraqlandıran mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.
Crossmedia.az kollektivi həm də orijinallığını qorumağa çalışır. Analitik- informasiya portallarındakı fərqli rubrikaları, o cümlədən "Yüksəliş" müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən ""Yüksəliş" hekayəsi", Azərbay milli mətbuatının 150 illiyinə həsr olunmuş "Mətbuat-150", İkinci Qarabağ müharibəsinin beş illiyi ilə bağlı "Vətən müharibəsi-5", həmçinin "Dünya iqtisadiyyatı və Azərbaycan", "Doktor danışır" layihələri bu baxımdan səciyyəvidir.
Crossmedia.az sosial mediada da fəaldır. Portal ayrı- ayrı sosial media platformalarında fərqli kontentlərlə çıxış edir.
Crossmedia.az həm analitik yazıların dərinliyi, həm də gündəlik xəbərlərin operativliyi ilə fərqlənir. Saytın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etməkdir.
Portalın səhifələrində “Doktor danışır” rubrikası çərçivəsində müxtəlif sahələrin tanınmış mütəxəssisləri ilə müsahibələr, həmçinin “Yüksəliş”, “Dünya iqtisadiyyatı”, “Azərbaycan rubrikaları” kimi bölmələrdə milli və beynəlxalq miqyasda baş verən hadisələrin dərin analitik təhlili yer alır.
Crossmedia.az, həmçinin Milli Məclisin deputatları, ictimai xadimlər və ekspertlərlə mütəmadi əməkdaşlıq quraraq, informasiya ilə yanaşı, fikirlərin toqquşduğu və həqiqətin önə çıxdığı bir analitik meydan formalaşdırıb.
Crossmedia.az-nın özəlliklərindən biri də gənc jurnalist nəslinin yetişməsinə töhfə verməsidir. Bu baxımdan Crossmedia.az iki könüllülük proqramı keçirib. Həmin proqramı bitirənlər arasında bu gün həm komandamızda, həm də digər media subyektlərində çalışanlar var. Hazırda üçüncü proqram davam edir.
Bir yaşlı portal bu gün artıq etibarlı informasiya mənbəyi, analitik düşüncə mərkəzi və ictimai rəyin formalaşmasında önəmli iştirakçı kimi tanınır. Yeni yaşına qədəm qoyan Crossmedia.az komandası bundan sonra da obyektiv, məsuliyyətli və yenilikçi media prinsiplərini qorumaqda, informasiya məkanında aydın söz və dəqiq fikirin ünvanı olmağa çalışacaq. (İnformator.az)
11:34 01.11.2025
Oxunuş sayı: 2060