Sudanlı diplomat: Yaxın zamanda Azərbaycanla ilk dəfə siyasi əlaqələri müzakirə etmək üçün toplantı keçiriləcək
Yaxın zamanda Sudanla Azərbaycan arasında ilk dəfə siyasi əlaqələri müzakirə etmək üçün toplantı keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdelhaleem Mahmud Mohammed "Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)" haqqında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Sudan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü qeyd edilir:
"İki dövlət arasında səfərlərin, qarşılıqlı əlaqələrin artmasına təkan vermək üçün müzakirələr aparılacaq. Xatırladım ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər, energetika, elm və təhsil nazirləri ilə görüşmüşük".
Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb.
11:20 01.11.2025
Oxunuş sayı: 2166