Report İnformasiya Agentliyi Crossmedia.az-ı təbrik edib
Crossmedia.az analitik-informasiya portalının fəaliyyətə başlamasından 1 il ötür.
2024-cü ilin noyabrın 1-də təsis olunan portal özünəməxsus analitik üslubu, informasiya təqdimatı ilə informasiya məkanında mühüm yer qazanmağa nail olub.
Portal fəaliyyətində təhlili materialların dərcinə xüsusi yer verir. Crossmedia təhlil mərkəzinin üzvləri müntəzəm olaraq cəmiyyəti maraqlandıran mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.
Portalda "Prezident gündəliyi", "Yüksəliş" hekayəsi", Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş "Mətbuat-150", İkinci Qarabağ müharibəsinin beş illiyi ilə bağlı "Vətən müharibəsi-5", həmçinin "Dünya iqtisadiyyatı və Azərbaycan", "Doktor danışır" layihələri yer alır.
"Report"un kollektivi Crossmedia.az-da çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!(Report)
11:07 01.11.2025
Oxunuş sayı: 2091