Lukaşenko: Roman Protaseviç əslində Belarus kəşfiyyatının əməkdaşıdır
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb tərəfindən “müxalifətçi” kimi təqdim edilən Roman Protaseviç əslində Belarus kəşfiyyatının əməkdaşı olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, Protaseviç uzun müddət “qaçqın” müxalifət nümayəndəsi kimi təqdim olunaraq xüsusi tapşırıqlar yerinə yetirib. Onun “tutulmasından” əvvəl Yunanıstanda kəşfiyyat orqanlarının nümayəndələri ilə görüşdüyü qeyd olunub.
Lukaşenko xatırladıb ki, Protaseviçin Minskdə təyyarədən endirilərək saxlanılması hadisəsi zamanı Qərb ölkələri Belarusa qarşı sanksiyalar tətbiq etmişdi.
“Bizi guya müxalifətçini həbs etməkdə ittiham etdilər. Amma o, heç vaxt bizim müxalifətçimiz olmayıb. Biz müxalifət nümayəndəsini deyil, öz əməkdaşımızı saxlamışdıq,” – deyə Belarus lideri bildirib.
Günel Verdiyeva
23:07 31.10.2025
Oxunuş sayı: 2113