TİKA sədri: Qarşıdakı dövrdə də Azərbaycanın səhiyyə infrastrukturuna töhfə verəcəyik
Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan səhiyyə naziri Teymur Musayevlə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə A.Eren "X"də yazıb.
"Can Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə görüşərək TİKA-nın Azərbaycandakı fəaliyyətlərimizlə bağlı hərtərəfli məsləhətləşmələr apardıq.
TİKA olaraq, qarşıdakı dövrdə də Azərbaycanın səhiyyə infrastrukturuna töhfə verməyə və layihələrimizi eyni qətiyyətlə davam etdirməyə davam edəcəyik", - o bildirib.

22:18 31.10.2025
Oxunuş sayı: 1475