Hikmət Hacıyev: Prezidentin İrəvan sammitində iştirakı gözlənilmir
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrəvanda baş tutacaq Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyevin iştirak məsələsinə aydınlıq gətirib.
Bu barədə Crossmedia.az Baku TV-yə istinadən xəbər verir.
Hikmət Hacıyev Azərbaycan Prezidentinə tədbirlə bağlı rəsmi dəvət məktubu hələ daxil olmadığını söyləyib. O əlavə edib ki, mövcud şəraitdə Azərbaycanın sammitdə ən yüksək səviyyədə iştirakı mümkün görünmür.
“Birincisi, Avropa Siyasi Birliyi sammitində iştirak üçün Prezidentə rəsmi dəvət hələ göndərilməyib. İkincisi, hazırkı şəraitdə Azərbaycanın bu tədbirdə ən yüksək səviyyədə iştirakı mümkün hesab edilmir,” – deyə Hikmət Hacıyev bildirib.
Mehriban İbrahimli
22:06 31.10.2025
Oxunuş sayı: 2142