Rusiya Azərbaycanla sərhəddəki keçid məntəqəsini 3 milyarda yeniləyəcək
Rusiya Azərbaycanla sərhəddə yerləşən “Tağırkənd–Qazmalyar” buraxılış məntəqəsinin yenidən qurulmasına təxminən 3 milyard rubl (təxminən 63,7 milyon manat) yatıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, layihə çərçivəsində sərhəd-keçid məntəqəsinin buraxılış gücü gündəlik 200 nəqliyyat vasitəsindən 2,4 min vahidə qədər artırılacaq.
Bildirilib ki, rekonstruksiya işlərinin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır.
Türkan Kərimli
21:53 31.10.2025
Oxunuş sayı: 1693