Paşinyan: Katolikos subaylıq andını pozub, uşağı var
 
                                            Ermənistanın baş naziri Nikol Paşinyan Katolikos Katriç Nersisyanı kəskin tənqid edib.Paşinyan bildirib ki, Katriç Nersisyanın Hovhannavank monastırında edilən duaları “təhqir” adlandırması əsassızdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə yayılan videomaterialda bildirib.
“Məsələ dualarda deyil. Məsələ ondadır ki, Katolikos adlanan şəxs subaylıq andını pozub və bir övladı, bəzi məlumatlara görə isə bir neçə övladı var. O, Ermənistanın dini həyatını çıxılmaz vəziyyətə salıb, Katolikosluğun fəaliyyətini ixrac, idxal, pul bölgüsü və alqı-satqıya çevirib. Daha dəhşətlisi isə odur ki, bu vəzifədə Tanrıya inanmayan bir insan dayanır”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, onlar dualarını Hovhannavankda, daha sonra isə Eçmiədzinin ana taxtında davam edəcəklər.
Fidan Quliyeva
20:22 31.10.2025
Oxunuş sayı: 2068
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        