Türkiyə səfiri: "Bir millət, iki dövlət" prinsipi sərhədlərini çoxdan aşaraq geosiyasi birliyə çevrilib
 
                                            "Bir millət, iki dövlət" prinsipi sərhədlərini çoxdan aşaraq geosiyasi birliyə çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Gənc MÜSİAD"-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi görüşdə deyib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərinin detallə izahına ehtiyac yoxdur:
"Azərbaycanla münasibətlər Xəzərin şərqinə doğru irəliləyib, TDT daxilində inteqrasiyaya qədər çatıb. Dünya sisteminin dəyişən mənzərəsində olduğumuz coğrafiya ən əhəniyyətli məkana çevriləcək. Çünki Orta Dəhliz də buradan keşir. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə üzərindən Şərq-Qərb xətti açılacaq. Növbəti 10 ildə bunun gətirdiyi inkişafın şahidi olacağıq".
20:16 31.10.2025
Oxunuş sayı: 1237
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        