BBP sədri Mustafa Destici TÜRKPA Katibliyində olub
 
                                            Oktyabrın 31-də Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və onu müşayiət edən nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib, Baş katib Ramil Həsənlə görüşüb.
Bu barədə Crossmedia.az-a TÜRKPA-dan məlumat verilib.
Görüşdən məmnunluğunu bildirən R.Həsən qonağa TÜRKPA-nın gələcək layihələri barədə məlumat verib, bu istiqamətdə üzv dövlətlərin parlament sədrləri və xarici işlər nazirlərindən güclü dəstək aldığını bildirib.
BBP sədri M.Destici partiyasının yaranışından bəri Türk dünyası yönümlü siyasət apardığını qeyd edərək, türk əməkdaşlıq təşkilatlarının əldə etdiyi nailiyyətlərdən məmnunluğunu ifadə edib. O, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının bu gün bütün sahələrdə öz təsdiqini tapdığını vurğulayıb.
Görüş zamanı, həmçinin Özbəkistan və Türkmənistanın təşkilata qoşulması ilə TÜRKPA-nın ortaq hədəflərə doğru daha güclü irəliləyəcəyi qeyd olunub.
19:50 31.10.2025
Oxunuş sayı: 1508
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        