Çin ilk dəfə altıncı nəsil qırıcılarını nümayiş etdirdi
 
                                            Çin yeni altıncı nəsil qırıcı J-36-nı ilk dəfə ictimaiyyətə təqdim edib. Təyyarə beşinci nəsil J-20 ilə birgə uçuş həyata keçirərək texnoloji imkanlarını nümayiş etdirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
J-36-nın inkişaf etmiş radar, stealth texnologiyası və yüksək döyüş qabiliyyətinə malik olduğunu bildirilir. Bu addım Çin Hərbi Hava Qüvvələrinin gücünü artırmaq və regional hava üstünlüyünü möhkəmləndirmək məqsədi daşıyır.
Mehriban İbrahimli
19:45 31.10.2025
Oxunuş sayı: 1820
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        