Lukaşenko hədələdi: Oreşnikdən istifadə edə bilərik
 
                                            Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin "Oreşnik" adlandırdığı yeni silah sisteminin dekabrda döyüş növbəsinə çıxacağını və lazım gəlsə istifadə etməyə hazır olduqlarını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Lukaşenko bu sistemin məqsədinin xaricdəki opponentlərin Belarusun reaksiyasını anlaması olduğunu qeyd edir:
"Əgər vəziyyət pis olarsa, biz vura bilərik. Biz Putinlə oturub qərar verəcəyik. Buna görə də özünüzü riskə atmayın".
Prezident Ukraynadakı münaqişəyə də istinad edərək bildirib ki, Donbasda rusdilli əhaliyə qarşı edilən təzyiqlər və zorakılıq müharibənin başlanğıcı olub: «Donbasda rusdilli insanlara təzyiq edilirdi, öldürülürdülər, zülm olunurdu. Mən bunu öz gözlərimlə görmüşəm", — deyə Lukaşenko vurğulayıb.
Nigar Yahyazadə
18:55 31.10.2025
Oxunuş sayı: 1505
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        