Almaniya Ermənistana 152 milyon avro ayırdı
 
                                            Ermənistan-Almaniya Hökumətlərarası Komissiyanın iclasında rəsmi Berlin İrəvana ümumi dəyəri 152 milyon avro olan maliyyə dəstəyi ayırmaq qərarına gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan video-müraciətində bildirib ki, bu vəsaitin 18 milyonu qrant şəklində geri qaytarılmayan maliyyə yardımı olacaq, qalan 134 milyon avro isə çox aşağı faizli kredit formasında verilir.
Papoyan əlavə edib ki, maliyyə dəstəyi Ermənistanın kiçik və orta biznesinin inkişafı, bərpa olunan enerji və su təchizatı sistemlərinin gücləndirilməsi, həmçinin ölkə iqtisadiyyatı üçün bir sıra vacib məsələlərin həllinə yönəldiləcək.
Nigar Yahyazadə
18:05 31.10.2025
Oxunuş sayı: 1660
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        