Professor: Crossmedia.az-ın fəaliyyəti ictimai maraq doğurur
 
                                            Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-ın 1 yaşı münasibəti ilə öz fikirlərini bölüşüb:
"Mən Crossmedia.az-ın rəhbərliyini, bütün jurnalistlərini və kollektiv üzvlərini səmimi qəlbdən bir illik yubiley münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.
Artıq beş aydır ki, Crossmedia.az ilə birgə “Dünya iqtisadiyyatı və Azərbaycan” adlı layihə çərçivəsində əməkdaşlıq edirik. Bu müddət ərzində peşəkar jurnalistlərlə işləmək mənim üçün böyük məmnuniyyət və fəxr mənbəyi olub. Xüsusilə Elmir Heydərlinin adını qeyd etmək istərdim. Onunla son üç ayda birgə fəaliyyətimiz həm peşəkar, həm də analitik baxımdan çox məhsuldar olub.
Crossmedia.az yayımlanan açıqlamalar və analitik materiallar geniş auditoriya tələbələr, magistrantlar, tədqiqatçılar və iqtisadi məsələlərlə maraqlanan oxucular üçün olduqca faydalıdır. Sevindirici haldır ki, bu açıqlamalara maraq getdikcə artır. Biz ilkin mərhələdə izlənmələrin on minə çatmasını hədəfləmişdik, lakin artıq bu rəqəm on iki, hətta on üç min baxışı ötüb. Bu da onu göstərir ki, “Crossmedia.az”-ın fəaliyyəti ictimai maraq doğurur və peşəkar analitik məzmun auditoriyada böyük rezonans yaradır.
Bu münasibətlə baş redaktorunuz və redaktorunuza, Crossmedia.az-ın bütün kollektivinə yaradıcılıq uğurları, möhkəm cansağlığı və yeni inkişaf mərhələləri arzulayıram. Qısa müddət ərzində formalaşaraq özünə möhkəm yer qazanan bu media qurumunun uğurları onu sübut edir ki, komanda düzgün yoldadır və Azərbaycanın dövlətçiliyinə, inkişafına xidmət edən dəyərli işlər görür. Bu, bizi həm qürurlandırır, həm də gələcək əməkdaşlıqlar üçün daha da ruhlandırır. Bir daha Crossmedia.az ailəsini ürəkdən təbrik edir, hər birinizə yeni nailiyyətlər arzulayıram".
Elmir Heydərli
11:55 31.10.2025
Oxunuş sayı: 2363
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        