Karib dənizi ölkələrində “Melissa” qasırğası nəticəsində 40-dan çox insan həlak olub
 
                                            Karib dənizi ölkələrindən keçən “Melissa” qasırğası nəticəsində 40-dan çox insan həyatını itirib. Təbiət fəlakətinin qurbanları əsasən Haiti, Dominikan Respublikası və Yamayka sakinləridir.
Bu barədə Crossmedia.az The Washington Post-a istinadən xəbər verir.
Ərazilərdə daşqınlar, evlərin dağıntısı və infrastruktur zədələnməsi müşahidə olunur. Qəza-xilasetmə işləri davam edir və rəsmilər ölü sayının artacağı barədə xəbərdarlıq edirlər.
Mehriban İbrahimli
11:48 31.10.2025
Oxunuş sayı: 1397
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        