Rusiyada Telegram və WhatsApp qeydiyyatına qadağa tətbiq edilib
 
                                            Rusiyada yeni istifadəçilərin Telegram və WhatsApp messencerlərində qeydiyyatı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunub. Qərarın əsas məqsədinin bu platformalar üzərindən məlumat dövriyyəsini nəzarətə götürmək və istifadəçi fəaliyyətini məhdudlaşdırmaq olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kod Durova” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın mobil operatorlarına messencerlərdə qeydiyyat üçün tələb olunan SMS və zənglər vasitəsilə göndərilən təsdiq kodlarını ötürmək qadağan edilib. Artıq “Beeline” istifadəçiləri Telegram-dan SMS qəbul edə bilmirlər.
Mənbənin bildirdiyinə görə, yaxın günlərdə yeni hesabların yaradılması mümkünsüz, mövcud hesabların isə avtorizasiyası çətin ola bilər.
Türkan Kərimli
11:28 31.10.2025
Oxunuş sayı: 2111
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        