Şahzadə Endryu titullarından məhrum edilir
 
                                            Böyük Britaniya kralının qardaşı, şahzadə Endryu titullarından məhrum ediləcək və Vindzor qalasındakı kral iqamətgahından çıxarılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.
Məlumata görə, qərar saray rəhbərliyinin təsdiqi ilə verilib və bununla şahzadənin rəsmi statusuna son qoyulacaq. Qeyd edək ki, şahzadə Endryu daha əvvəl amerikalı iş adamı, pedofiliyada ittiham olunan Cefri Epşteynlə əlaqələrinə görə ictimai tənqidlərə məruz qalmışdı.
11:17 31.10.2025
Oxunuş sayı: 1255
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        