Fransada Makrona etimad rekord səviyyədə azalıb
 
                                            Fransada prezident Emmanuel Makronun reytinqi son illərin ən aşağı səviyyəsinə düşüb. Əhali arasında aparılan sorğular göstərir ki, fransızların böyük əksəriyyəti artıq dövlət başçısına etibar etmir və onun siyasi kursundan narazıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti sorğu nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkə əhalisinin cəmi 11 faizi Makronun fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin yalnız 2 faizi prezidentə tam etibar etdiyini, 9 faizi isə “qismən etibar etdiyini” bildirib.
Sorğu nəticələrinə əsasən, fransızların 63 faizi Makrona “tam etibar etmir”, 21 faizi isə “çox da etibar etmir”. Qalan iştirakçılar isə bu suala cavab verməkdən çəkinib.
Türkan Kərimli
11:07 31.10.2025
Oxunuş sayı: 1505
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        