Tədqiqatçı: Belçika konqoluları öz hüquq və azadlıqlarından tamamilə məhrum etmişdi
 
                                            "Belçika konqoluları öz hüquq və azadlıqlarından tamamilə məhrum etmişdi".
Crossmedia.az xəbər verir ki, bunu Belçikadan olan jurnalist, mühazirəçi və müstəqil tədqiqatçı Dieudonné Kwebe-Kimpele “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransdakı çıxışında deyib.
“Birinci dünya müharibəsində Belçikaya mineral lazım idi. Buna görə də, Konqodan minerallar çıxarılır, ölkə talan edilirdi. Konqolular gündə 18 saat işləməyə məcbur edilirdilər. Konqoluların resursları ixrac edilirdi, onların torpaqları alınırdı, hüquqlardan məhrum edilirdilər. Bu sistematik formada həyata keçirilirdi” - jurnalist qeyd edib.
10:23 31.10.2025
Oxunuş sayı: 1268
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
        