Tədqiqatçı: Belçikalılar "cəsur sivilizatorlar", afrikalılar isə vəhşi kimi qələmə verilir
 
                                            Belçikalılar "cəsur sivilizatorlar", afrikalılar isə vəhşi kimi qələmə verilir.
Crossmedia.az xəbər verir ki, bunu Brazilia Universitetində doktorant, tədqiqatçı Luis Filip Patrik De Yonq Filho (Louis Philippe Patrick De Jongh Filho) oktyabrın 31-də Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Belçika müstəmləkəçiliyinin fəsadları Konqo, Burundi və Ruandada hələ də davam edir:
"Konqodakı Belçika müstəmləkəçiliyini "boru kəməri" metaforasına bənzədirəm. Bu da fiziki zorakılıqdan ideoloji və yaddaş səviyyəsinə qədər keçən və bu günümüzü formalaşdırmağa davam edən bir sistemdir. Hazırda Belçika müstəmləkəçiliyinin Konqodakı zorakılıq və qəddarlıq aspektləri gözlə görünəcək səviyyədədir".
10:07 31.10.2025
Oxunuş sayı: 1321
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
        