Ukraynanın bu şəhərinin mühasirəyə alınmasına 3 kilometr qalıb
 
                                            Pokrovsk-Myrnohrad aqlomerasiya bölgəsində vəziyyət çətin olaraq qalır, lakin mühasirə halı müşahidə olunmur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.
“Zəruri göstərişlər verdim. Logistikanın yaxşılaşdırılması istiqamətində təminat və evakuasiya marşrutlarının mühafizəsinin gücləndirilməsi ilə bağlı xüsusi tapşırıqlar müəyyən etdim,” – o bildirib.
Sırskinin sözlərinə görə, düşmən piyadası döyüş toqquşmalarından qaçır və şəhər binalarında toplanır: “Eyni zamanda, hərbçilər bölmələrin mühasirəyə düşməsinin qarşısını almaq üçün Pokrovskla bağlı çətin qərar qəbul etməyə və qoşunların şəhərdən çıxışına hazırlaşmağa çağırırlar”
Məlumata görə, şəhərin tam mühasirəyə alınmasına təxminən 3 kilometr qalıb.
Fatimə Eynullazadə
00:35 31.10.2025
Oxunuş sayı: 1705
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        