Qüdsdə ultraortodoksal yəhudilər hərbi xidmətə çağrılmağa etiraz edir
Qüdsdə minlərlə ultraortodoksal yəhudi orduya çağırışa etiraz məqsədilə küçələrə çıxıb və çağırışdan yayınanları dəstəkləyib.
Crossmedia.az bildirir ki, aksiyalar zamanı zorakı hadisələr baş verib – polis etirazçıları sərt şəkildə dağıdıb, onlar isə yerli kanalın jurnalistinə hücum edib.
Həmçinin KİV xəbər verir ki, etirazlar zamanı bir yeniyetmə hündürmərtəbəli binaya qalxıb və oradan yıxılaraq dünyasını dəyişib.
23:03 30.10.2025
Oxunuş sayı: 1331