Pakistan Türkiyənin tələbi ilə Əfqanıstanla danışıqları bərpa edir
Pakistan Türkiyənin istəyi ilə Əfqanıstanla danışıqları yenidən başlatmağa qərar verib.
Crossmedia.az bildirir ki, əvvəlki danışıqların uğursuzluğa uğramasından sonra evə dönməyi planlaşdıran Pakistan nümayəndə heyəti indi İstanbulda qalma müddətini uzadaraq danışıqları davam etdirəcək.
Məlumata görə, danışıqların əsas mövzusu İslamabadın Kabildən tələb etdiyi əsas məsələ olacaq – Əfqanıstan ərazisindən fəaliyyət göstərən qruplaşmalara qarşı konkret və effektiv tədbirlər görmək.
22:39 30.10.2025
Oxunuş sayı: 1323