Makronun reytinqi ən aşağı səviyyəyə düşüb
Fransa prezidenti Emmanuel Makronun reytinqi 11%-ə düşərək prezidentliyi dövründə ən aşağı səviyyəsinə enib. Bu göstərici ilə o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Verian Group sorğusuna istinadən Le Figaro məlumat verib.
Qeyd edək ki, oxşar anti-rekord — 11% — əvvəlki prezident Fransua Ollandaya məxsus olub və o, bundan sonra ikinci müddətə namizədliyini verməkdən imtina etmişdi.
Fidan Quliyeva
19:20 30.10.2025
Oxunuş sayı: 1402