Ərdoğan 8 Noyabr Zəfər Paradında iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycanı ziyarət edəcək. Səfər çərçivəsində dövlət başçısının bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda təşkil olunacaq Zəfər Paradında iştirak edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Ərdoğanın səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin bir daha nümayişi kimi qiymətləndirilir.
Qeyd edək ki, Zəfər Paradı 2020-ci ildə Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin ildönümünə həsr olunub.
Türkanə Məşədiyeva
18:37 30.10.2025
Oxunuş sayı: 2258