Qətərin baş naziri: İran və ABŞ arasında danışıqları bərpa etməyə çalışırıq
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib ki, Doha İran və ABŞ arasında razılaşmaya nail olmaq üçün tərəfləri yenidən danışıqlar masasına qaytarmağa çalışır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Al Tani İranın sabitliyinin bölgə üçün həyati əhəmiyyət daşıdığını və regionun nüvə silahından azad zona kimi qalmasının vacibliyini vurğulayıb.
18:50 30.10.2025
Oxunuş sayı: 1486