Əraqçı: “Əgər qarşı tərəf ədalətli danışıqlar aparacaqsa, İran da hazırdır”
İranın xarici işlər naziri Abbas Əraqçı Şərqi Azərbaycan əyalətində keçirilən İqtisadi Diplomatiya Görüşündə ABŞ ilə mümkün danışıqlara münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçı qarşı tərəfin ədalətli, hörmətə və qarşılıqlı maraqlara əsaslanan müzakirələrə hazır olduğu təqdirdə İranın da buna açıq olduğunu vurğulayıb.
Səriyyə Tağıyeva
18:34 30.10.2025
Oxunuş sayı: 1098