RSF qüvvələri Sudanda 460-dan çox mülki şəxsi qətlə yetirib
BMT-nin səhiyyə agentliyinin rəhbəri bildirib ki, Sürətli Dəstək Qüvvələri (RSF) əl-Faşir şəhərini ələ keçirdikdən sonra əsas xəstəxanada 460-dan çox mülki şəxsi öldürüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, RSF 6 xarici tibb işçisini qaçıraraq hər birinin azadlığı üçün 150 min dollar tələb edib.
Bildirilir ki, Zəmzəm düşərgəsindən olan sözçü Məhəmməd Xamis Duvda da RSF tərəfindən edam edilib.
Səriyyə Tağıyeva
18:29 30.10.2025
Oxunuş sayı: 1347