Sırski: Pokrovskda vəziyyət mürəkkəbdir
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiya ordusunun əsas hücum istiqamətləri hesab olunan Pokrovsk və Mirnoqrad bölgələrini ziyarət edib. O, bölgədəki vəziyyətin mürəkkəb olduğunu etiraf edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Sırski Rusiya tərəfinin iddialarını təkzib edərək bildirib ki, “Rusiya təbliğatının Pokrovsk və Kupyanskda guya Ukrayna müdafiə qüvvələrinin mühasirəyə alınması ilə bağlı bəyanatları həqiqətə uyğun deyil”.
Onun sözlərinə görə, Pokrovskda Rusiya piyadaları şəhər binalarının arxasında gizlənərək birbaşa döyüşlərdən yayınır. Bu səbəbdən Ukrayna ordusunun əsas vəzifəsi düşmənin bu qüvvələrini aşkarlayıb məhv etməkdir.
Baş komandan əlavə edib ki, Pokrovsk istiqamətində müdafiənin davamlılığını gücləndirmək üçün tədbirlər görülür: “Əlaqələndirmə keyfiyyəti, təminat və tapşırıqların dəqiq icrası əsas amillərdir. Hər bir komandir məsuliyyət daşıyır – məsuliyyətsizliyə görə sərt tədbirlər görüləcək, hətta vəzifədən azad etməyə qədər”.
Mehriban İbrahimli
18:21 30.10.2025
Oxunuş sayı: 1121