İlon Maskın atasından maraqlı açıqlama: O, Rusiyaya gizli səfərlər edib
İlon Maskın atası Errol Mask bildirib ki, məşhur milyarder bir neçə dəfə Rusiyanı gizli şəkildə ziyarət edib. Onun sözlərinə görə, Mask gələcəkdə daha çox ictimai səfərlərlə Rusiyaya gəlməyi planlaşdıra bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Errol Mask TASS agentliyinə müsahibəsində danışıb.
O qeyd edib ki, oğlu bəzi ölkələrə səfərlərini ya tam açıq, ya da gizli şəkildə həyata keçirir. “Deyəsən, o artıq Rusiyada bir neçə dəfə olub. Lakin indi biz onun daha açıq səfərlərini təşkil etməyi müzakirə edəcəyik”, – deyə Errol Mask vurğulayıb.
Türkan Kərimli
18:16 30.10.2025
Oxunuş sayı: 992