Elm Fondundan Crossmedia.az-a təbrik: Əməkdaşlığımızı yüksək qiymətləndiririk
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova Cross Medianın fəaliyyətinin bir illiyi münasibətilə bütün kollektivi səmimi qəlbdən təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb: "Bir il ərzində Cross Media komandası öz peşəkarlığı, obyektiv yanaşması və müasir media formatına uyğun təqdimat tərzi ilə ölkəmizin informasiya məkanında seçilən, dinamik və etibarlı informasiya mənbəyinə çevrilmişdir. Qısa müddətdə elm, təhsil, texnologiya və innovasiyalar mövzularında hazırlanan materiallar, reportajlar və müsahibələr vasitəsilə ictimaiyyətin elmi biliklərə olan marağını artırmağa, elmi düşüncənin təbliğinə və gənclərin elmi fəaliyyətə cəlb edilməsinə mühüm töhfə verilmişdir".
O bildirib ki, Cross Media-nın uğurlu fəaliyyəti həm yerli, həm də beynəlxalq səviyyədə müasir media trendlərinə uyğunlaşdırılmış, informasiya cəmiyyətinin formalaşmasına, maarifləndirməyə və elmi ictimaiyyətin səsinin daha geniş auditoriyalara çatdırılmasına xidmət etmişdir: “Cross Media ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inanırıq. Elmin və innovasiyaların populyarlaşdırılması, alimlərin və gənc tədqiqatçıların fəaliyyətlərinin ictimaiyyətə tanıdılması istiqamətində Cross Media-nın rolu danılmazdır. Bu münasibətlə Cross Media komandasını bir daha ürəkdən təbrik edir, sizə yaradıcılıq uğurları, yeni nailiyyətlər, daha geniş auditoriya və parlaq gələcək arzulayırıq".
16:43 30.10.2025
Oxunuş sayı: 1350