Azərbaycan və Britaniya arasında müdafiə sahəsində Əməkdaşlıq Planı imzalanıb
Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri 2026/27-ci illər üçün ikitərəfli əməkdaşlıq planı imzalayıb.
Crossmedia.az bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin "X" hesabındakı paylaşımına istinadən məlumat yayıb.
"Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində sıx əməkdaşlığı və Strateji tərəfdaşlıqdakı rolu ilə fəxr edir. Dünən Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı imzalanıb. Biz ümumi prioritetlərə nail olmaq üçün sıx əməkdaşlıq etmək imkanını səbirsizliklə gözləyirik", - diplomatik nümayəndəliyin məlumatında deyilir.
14:52 30.10.2025
Oxunuş sayı: 1205