Bəxtiyar Əliyev MDB PA-nın daimi komissiyasının iclasında iştirak edəcək
Milli Məclisin deputatı Bəxtiyar Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Elm və təhsil üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.
Crossmedia.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
İclasda “MDB iştirakçısı olan dövlətlərdə gənc istedadların inkişafı və dəstəklənməsi üçün normativ hüquqi bazaya dair tövsiyə layihələri haqqında”, “Uşaqların təhsili və tərbiyəsində valideyn məsuliyyəti haqqında” model qanunun layihələrinə və digər məsələlərə baxılacaq.
Səfər noyabrın 1-də başa çatacaq.
11:04 30.10.2025
Oxunuş sayı: 1233