İrakli Kobaxidze: Gürcüstanda üç müxalifət partiyasının qadağan edilməsi tələb olunur
Gürcüstanın Baş naziri İrakli Kobaxidze üç müxalifət partiyasının qadağan edilməsinin zəruriliyini Konstitusiya Məhkəməsinə təqdim etdikləri iddia ilə sübut etməyə çalışdıqlarını bildirib.
Crossmedia.az Gürcüstan mediasına istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, həmin partiyalar hər dəfə seçkilərin nəticələrini tanımayıb və son illər ərzində beş dəfə hakimiyyətin devrilməsi və ya konstitusiya quruluşunun zorakı dəyişdirilməsinə cəhdinə ediblər .
“Konstitusiya iddiamızın əsas dayaqlarından biri də xaricdən seçilmiş hakimiyyəti və gürcü xalqını cəzalandırmaq cəhdləridir. Bu, həm dövlətimizə, həm də xalqın iradəsinə qarşı addımdır,” – deyə İrakli Kobaxidze vurğulayıb.
Günel Verdiyeva
10:22 30.10.2025
Oxunuş sayı: 1713