İran Çinin dəstəyi ilə raket proqramını gizli şəkildə bərpa edir
 
                                            Avropa kəşfiyyat xidmətlərinin məlumatına görə, Çindən İrana, Bəndər-Abbas limanına bir neçə partiya natrium perxloratı gətirilib. Bu maddə bərk raket yanacağı istehsalında istifadə olunur.
Crossmedia.az CNN-ə istinadən xəbər verir.
Sentyabrın sonundan etibarən İran bu komponentdən təxminən 2 min ton alıb. Sifarişlər İsrail ilə 12 günlük müharibədən dərhal sonra həyata keçirilib. Bu tədarüklər Tehran tərəfindən raket ehtiyatlarını bərpa etmək planının bir hissəsi hesab olunur.
Günel Verdiyeva
09:13 30.10.2025
Oxunuş sayı: 1447
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        