Yaponiya Trampın Rusiya qazına qadağa tələbinə “yox” dedi
Yaponiya və ABŞ arasında enerji siyasəti ilə bağlı maraqlı gərginlik yaşanıb. ABŞ prezidenti Donald Tramp Yaponiyanın yeni baş naziri Sanae Takaichidən Rusiyadan enerji idxalını dayandırmağı istəyib. Lakin Takaichi bu tələbi rədd edərək, Tokio üçün enerji təhlükəsizliyinin siyasi təzyiqlərdən üstün olduğunu bildirib.
Crossmedia.az “Reuters” agentliyinə istinadən xəbər verir.
Rusiya mənşəli maye təbii qazın (LNG) idxalı məsələsi Donald Tramp ilə Yaponiyanın baş naziri Sanae Takaichi arasında keçirilən görüş zamanı müzakirə olunub.
Günel Verdiyeva
20:59 29.10.2025
Oxunuş sayı: 1873