Naxçıvanda Türkiyənin Cümhuriyyət Günü qeyd olunub
Naxçıvanda Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü qeyd olunub.
Crossmedia.az xəbər verir ki, tədbir Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən təşkil edilib.
Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, qardaş ölkələrin Dövlət himnləri səsləndirilib.
Tədbirdə Cümhuriyyət tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mərasim iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya qardaş ölkələrin dövlət başçılarının müəyyən etdiyi hədəflərə doğru hər sahədə sürətlə genişlənməni və inkişafı böyük məmnuniyyət hissi ilə vurğulayıb.
Asip Kaya qeyd edib ki, Naxçıvan hər zaman Türkiyə üçün xüsusi əhəmiyyət daşıyıb, əlaqələr hər sahədə genişlənir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Türkiyənin müstəqillik bayramı münasibətilə təbriklərini çatdırıb, qardaş ölkənin milli iradəsinin Cümhuriyyəti iqtisadi baxımdan inkişaf etmiş, vətəndaş cəmiyyətinə sahib, dünyəvi və hüquqi bir dövlətə çevirdiyini bildirib.
Tədbirdə rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.(Report)
20:46 29.10.2025
Oxunuş sayı: 1684